Türkiyə millisi İstanbul hava limanında belə qarşılandı – VİDEO
08.07.2024 , 14:58
AVRO-2024-ün 1/4 finalında Niderlanda (1:2) məğlub olaraq mübarizəni dayandıran Türkiyə millisinin futbolçuları ölkəsinə qayıdıb.
Korner.az xəbər verir ki, sözügedən milli komanda İstanbul hava limanında jurnalistlər tərəfindən qarşılanıb.
Maraqlıdır ki, Türkiyə millisini qarşılamağa gələn azarkeş sayı azlıq təşkil edib. Futbolçular onları sevənlər tərəfindən təntənəli şəkildə qarşılanmayıb.