“Fənərbağça” Edin Cekonun keçidini rəsmən açıqladı
22.06.2023 , 23:22
“Fənərbağça” yeni transferi Edin Cekonun keçidini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə klubu 37 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalayıb.
Futbolçunun illik maaşı 4 milyon 200 min avro olacaq.