“Liverpul” “Yuventus”dan futbolçu transfer edir
22.06.2023 , 22:19
“Liverpul” növbəti mövsüm üçün transfer işlərini davam etdirir.
Korner.az xəbər verir ki, İngiltərə klubu bunun üçün İtaliyaya üz tutacaq.
İtaliya mətbuatında çıxan xəbərlərə görə, “Liverpul” “Yuventus”dan Kyesanı heyətinə cəlb edə bilər.
Klub onun üçün 40 milyon avro təklif edəcək.
Federiko Kyesa bu mövsüm “Yuventus”un heyətində 33 oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mina Musayeva