Almaniya klubunda yeni baş məşqçi
17.04.2023 , 14:59
Almaniyanın “Herta” klubunun yeni baş məşqçisi məəlum olub.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Pal Dardai çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis bu vəzifədə Sandro Şvartsı əvəzləyib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.
“Herta” Bundesliqada 28 turdan sonra 22 xalla sonuncu sıradadır.