“Yuventus”dan qələbə, “Mançester Yunayted”dən heç-heçə
14.04.2023 , 01:13
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Korner.az xəbər verir ki, “Feyenoord” öz meydanında “Roma”nı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Günün digər oyununda “Yuventus” “Sportinq”lə qarşılaşıb. Meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
“Mançester Yunayted” isə “Sevilya” ilə heç-heçə edib – 2:2. Almaniya “Bayer”inin rəqibi isə Belçika “Yunion”u ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə bitib.
Avropa Liqası
1/4 final mərhələsi, ilk oyunlar
13 aprel
Feyenoord (Niderland) – Roma (İtaliya) – 1:0
Qol: M.Veyfer, 53
Bayer (Almaniya) – Yunion (Belçika) – 1:1
Qollar: F.Virts, 83 – V.Bonifeys, 51
Yuventus (İtaliya) – Sportinq (Portuqaliya) – 1:0
Qol: F.Qatti, 73
Mançester Yunayted (İngiltərə) – Sevilya (İspaniya) – 2:2
Qollar: M.Sabitser, 14, 21 – X.Navas, 85, Y.En Nesri, 90+3