“Neftçi”dən qələbə
10.03.2022 , 17:56
“Neftçi” Gənclər Liqasında 9:0 hesablı qələbə qazanıb.
Korner.az xəbər verir ki, komanda XIX turda “Neftçi” İK İB-ni məğlub edib.
Lökbatan təlim idman bazasında baş tutan matçda Ağadadaş Salyanski het-trikə, Bahadur Quliyev və Murad Məmmədov dubla imza atıblar. Digər qolları isə Elcan Əbilovla Aşqın Abazərov vurublar.
“Neftçi” 17 oyundan 41 xal toplayıb.