“Neftçi” “Sumqayıt” üçün hazırlaşır
10.03.2022 , 18:37
“Neftçi” Premyer Liqanın XIX turunda qarşılaşacağı “Sumqayıt”la matçın hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, “Səbail”lə oyunun ertəsi bərpa məşqi edən “ağ-qaralar” birgünlük fasilədən sonra martın 8-də hazırlığa başlayıb. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə əsasən toplu çalışmalar icra olunub.
“Neftçi” – “Sumqayıt” görüşü martın 13-ü saat 18:15-da “Bakcell Arena”da keçiriləcək.