Kuman karyerasını bitirdi
03.12.2021 , 17:32
“Beytar”ın baş məşqçisi Ervin Kuman vəzifəsindən ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
60 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Kuman klubun mətbuat xidmətinə danışarkən artıq məşqçi karyerasını bitirdiyini bildirib.