Namiq Ələsgərovun yeni baş məşqçisi müəyyənləşdi
21.09.2021 , 16:15
“Bursaspor”un yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, I Liqa təmsilçisini Özcan Bizatini çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bursa təmsilçisi 53 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalayıb.
O, 2 gün əvvəl istefaya göndərilən Fatih Tekkeni əvəzləyib.
Qeyd edək ki, Azərbaycan milli komandasının üzvü Namiq Ələsgərov “Bursaspor”da çıxış edir.