“Turan Tovuz” meydana şəhid övladları ilə çıxdı
15.09.2021 , 21:54
I Divizionda I tura yekun vurulub.
Korner.az xəbər verir ki, bu gün baş tutan “Turan Tovuz” – MOİK oyunundan öncə bölgə klubu meydana şəhid övladları ilə çıxıb.
Şəhid ailələri və uşaqları qarşılaşmanı stadiondan canlı izləyiblər.
Qeyd edək ki, Tovuzda keçirilən oyun MOİK-in 2:0 hesablı qələbəsilə başa çatıb.