“Mançester Siti”də yeni müqavilə
10.08.2021 , 18:53
“Mançester Siti”də yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Premyer Liqanın son çempionu müdafiəçi Con Stounz ilə sözləşmə yeniləyib. İngiltərə millisinin üzvünün müqaviləsi 2026-cı ilin yayına qədər uzadılıb.
Con Stounz “Mançester Siti”yə 2016-cı ildə “Everton”dan transfer olub. 27 yaşlı müdafiəçi “şəhərlilər”in heyətində meydana çıxdığı 168 oyunda 10 qol vurub.