Vüsal rəsmən Türkiyə klubunda
26.06.2021 , 15:18
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək.
Korner.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Keçiörengücü” klubu ilə müqavilə imzalayıb.
Bu barədə Ankara təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klub Vüsal ilə 3 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Vüsal 2019-cu ildən “Keşlə”də çıxış edib.