AVRO-2020: 1/4 finalçılar məlum oldu
27.06.2021 , 01:55

AVRO-2020-də 1/8 final mərhələsinə start verilib. İlk oyun günündə 2 qarşılaşma keçirilib.
Əvvəlcə Amsterdamdakı “Yohan Kroyf Arena”da Uels Danimarka ilə qarşılaşıb. 4 cavabsız qolla qalib gələn Danimarka ilk 1/4 finalçı olub. Komanda növbəti mərhələ matçını Bakıda oynayacaq. Rəqib isə Niderland – Çexiya cütünün qalibi olacaq.
Günün “Uembli”də keçirilən son oyununda İtaliya və Avstriya yığmaları üz-üzə gəlib. Matçın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə İtaliya 2:1 qələbə qazanıb. Apeninlilər1/4 finalda Belçika – Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.
AVRO-2020
1/8 final
20:00. Uels – Danimarka – 0:4
Qollar: Dolberq, 27, 48, Meyle, 89, Breytveyt, 90+4
23:00. İtaliya – Avstriya – 2:1
Qollar: Kyeza, 95, Pessina, 105 – Kalayciç, 114
