Ruslan Abışov əməliyyat üçün artıq Almaniyadadır.
Korner.az–ın məlumatına görə, burun çəpərindəki əyriliyə görə, futbolçu nəfəs almaqda çətinlik çəkir. Əməliyyatdan sonra Ruslan cəmi 2-3 gün futboldan ayrı qalacaq. “Rubin” isə artıq bu gün təlim-məşq toplanışı üçün İspaniyaya yola düşüb. Ruslan da bu həftənin sonlarında Pireney yarımadasına yollanacaq.
Qeyd edək ki,Ruslan Kazan klubu ilə rəsmi müqaviləyə də elə İspaniyada imza atacaq.