Azərbaycan yığması və “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin Kiyev “Dinamo”suna keçidi baş tutmayıb.
Korner.az–ın məlumatına görə,paytaxt klubunun üzvü bir həftəyə yaxın Kiyev klubunun ikinci komandasında baxışda olsa da, onu əsas komandaya götürmək istəməyiblər.
“Neftçi” isə futbolçusunun “Dinamo-2”də çıxış etməsinə razılaşmayıb. Futbolçumuz yanvarın 29-da Azərbaycan yığmasının Dubay toplanışına yollanacaq.