Müller koronavirusa yoluxdu
11.02.2021 , 17:50
“Bavariya”nın hücumçusu Tomas Müller koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
31 yaşlı hücumçunun COVİD-19 testinin nəticəsi pozitiv olub. Onun karantinə alındığı qeyd olunub.
Müllerin lublararası dünya çempionatının finalında Meksikanın “Tiqres” komandasına qarşı keçirəcəyi oyunu buraxacağı bildirilib.