47 gündən sonra istefaya göndərildi
11.02.2021 , 18:48
“Nant” baş məşqçisi Raymon Domeneki istefaya göndərib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Buna səbəb komandanın uğursuz çıxışı olub. 69 yaşlı mütəxəssisi bu postda Antuan Kombuare əvəzləyəcək.
Qeyd edək ki, Domenek ötən ilin dekabrından bu komandanı çalışdırırdı.