Ötən "Qəbələ" ilə oyunda baş hakim Vüsal Əliyevin idarəçiliyindən narazı qalan "Simurq" azarkeşləri “Rəvan”la oyunda öz etirazlarını bildiriblər.
Korner.az-ın məlumatına görə, AFFA-nın və onun təmsilçiləri olan hakimlərin bölgə klublarına qarşı ayrı-seçkilik etdiklərini bildirən azarkeşlər, cavab olaraq dünənki qarşılaşmada öz etirazlarını orijinal formada bildiriblər.
Belə ki, qarşılaşmanın gedişi zamanı əllərində tutduqları qırmızı vərəqələri havaya qaldıran "Simurq" fanatları bununla da AFFA-ya öz etirazlarını çatdırmış olublar. Bu qırmızı vərəqə isə ötən tur Vüsal Əliyevin "Simurq"un qapıçısı David Pietrzkeviçə göstərdiyi qırmızı vərəqə və AFFA İntizam Komitəsinin buna görə Davidə 4 oyunluq cəza verməsinə cavab idi. Zaqatalalılar bununla demək istəyir ki, paytaxt klublarının futbolçularından fərqli olaraq, bölgə klublarına qarşı qırmızı vərəqələr çox rahat şəkildə göstərilir.