"Neftçi"nin gənc hücumçusu Cavid İmamverdiyev yanvarda Kiyev “Dinamo”su ilə müqavilə imzalayacaq.
Korner.az-ın məlumatına görə, belə bir iddianı Ukrayna mətbuatı yayıb.
Xəbəri yayan "ua-football.com" saytı "Dinamo"nun C.İmamverdiyevlə yaxından maraqlandığını bildirib. Bundan əlavə futbolçumuz haqda oxuculara məlumat verilərək, Cavidin Türkiyə superliqa klublarının da maraq dairəsində olduğunu qeyd ediblər.
