FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi millimiz keçən ayla müqayisədə 5 pillə irəliləyib.
277 xalla 118-ci mövqedə qərarlaşan millimizin rəqibləri Portuqaliya 1144 xalla 7-ci, Rusiya 1070 xalla 9-cu, İsrail 454 xalla -78-ci, Şimali İrlandiya 367 xalla 96-cı, Lüksmburq seçməsi isə 172 xalla 148-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya yenə İspaniya millisi başçılıq edir – 1606 xal.