Arda Turana həbs cəzası
11.09.2019 , 19:34
Türkiyəli futbolçu Arda Turana həbs cəzası verilib.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ilin oktyabrında müğənni Berkayla dalaşan Ardaya bu gün məhkəmədə hökm oxunub. Futbolçuya 2 il 8 ay 15 günlük həbs cəzası verilib.
Ancaq məhkəmə bu cəzasının təxirə salınmasına qərar verib.