big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

81 gün əvvəl, 81 gün sonra – “Neftçi”yə çor dəyib?!

28.10.2012 , 23:37

“Neftçi” Çempionlar Liqasından, türkün məsəli, “ələnib” Avropa Liqasına düşəndə çoxları bu yolun da uzun olmayacağını düşünmüşdü. Hərçənd, komanda APOEL-i sıradan çıxartdı və beləcə, ən azı dekabradək, bir növ, “toxunulmazlıq jileti” geyindi. İndiyə qədər Azərbaycanda heç kimin edə bilmədiyini etmişdilər və sevinməyə, şəstlə gəzməyə haqları var idi. Ancaq…
 
Klub rəsmiləriylə, məşqçilər korpusunun üzvləriylə, demək olar ki, hər söhbətdə, hər mətbuat konfransında dedik ki, “komandanı gücləndirmək lazımdı, bu heyətlə çox “darta” bilməyəcəksiz”. Ancaq hər dəfə eyni sözü eşitdik: “Bu heyət “iki cəbhədə” döyüşməyə bəs edər”.

Beləmi bəs edəcəkdi? Avroliqanın qrup mərhələsindəki komanda “Rəvan” qarşısında əzik halamı düşməliydi ki, heyətinizin kasad olduğunu, ehtiyatda oyunun nəticəsini dəyişəcək futbolçunun yoxluğunu etiraf edəsiz? Çox yox, 81 gün əvvəl – “Hapoel”lə oyundan sonra Tərlan Əhmədov deyildimi “Hazırkı “Neftçi” son 10 ilin ən güclü komandasıdı” – deyən? Taleyin gərdişinə bax, həmin Əhmədov bu gün “Rəvan”la oyundan sonra deyir ki, komandanın ehtiyat oyunçuları azdı, oyunumuzu dəyişəcək futbolçumuz yoxdu. Nə oldu, 81 günə çor dəydi komandaya? Avroliqanın qrupunda oynamaq halva bişirmək deyil, əfəndilər. PFL prezidenti sizə görə təqvimə “barmaq” eləməkdən yorulub, siz hələ də 4 günə 2 oyun keçirməyin şikayətini edirsiz, daha çox güzəşt istəyirsiz…
 
Siz günahı PFL-də, orda-burda axtarmayın. Siz günahı özünüzdə də axtarmayın, zatən onun özünüzdə olduğunu gözəl bilirsiz…
 
Məgər siz bilmirsiz ki, Avroliqanın qrup mərhələsində oynayan komandanın ehtiyat heyəti ən azı Azərbaycan Premyer Liqasında liderliyə iddialılarla “dirəşəcək” gücdə olmalıdı? Məgər bilmirsiz ki, “vur-vur” deyib döyüşə atdığınız adam bir yerə qədər vuracaq və sonra mütləq yorulacaq? Məgər siz bilmirsiz ki, sabah Stamenkoviç zədələnsə, ya da cəzalı duruma düşsə, qapıya qoymağa normal qapıçınız yoxdu? Bəlkə Mitreskdən, Flavinyodan, Vobaydan, Ramosdan…, çox yox, 2 “baş aşağı” futbolçunuz var, biz bilmirik? Hələ Kanalesi demirəm… Sizin ehtiyat hücumçunuz kimdi, əfəndilər? Buyurun, Cavid İmamverdiyev zədəlidi, hücumçunun arxasında onun kimi faydalı oynayacaq yarımmüdafiəçi tapa bilirsizmi? Məgər siz sadəcə “A” planıyla işləyirsiz? Sizin heç “fövqəladə hallar” planınız yoxdumu? Və bütün bunlar hamının görə bildiyi şeylərdisə… Siz hələ də PFL-dən daha çox güzəşt, mətbuatdan daha çox dəstək gözləyirsiz? Nə haqla?
 
“Neftçi”nin yazdığı tarixi göz görə-görə sabun köpüyünə çevirirsiz, xəbəriniz olsun…

Son yazılar

To Top