big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“50 il də keçsə, Azərbaycan Avropa çempionatında çıxış edə bilməz” – MÜSAHİBƏ

19.06.2012 , 08:43

AZAL-ın sabiq baş məşqçisi Elxan Abdullayev Korner.az saytına AVRO-2012 ilə bağlı müsahibə verib.

– AVRO-2012-də çıxış edən komandaların oyununu necə dəyərləndirərdiniz?

Sözün düzü, ən çox Rusiya və Holandiya millilərindən çox şey gözləyirdim. Lakin Hollandiya həddən artıq pis çıxış elədi. Turniri xalsız başa vurdu. Komandanın futbolçularının 99 faizi ulduzdu. Amma heç nə edə bilmədilər.

– Hollandiya kimi yığmanın turniri xalsız başa vurmasını nə ilə əlaqələndirərdiz?

Mənə elə gəlir ki, bu komandanın içərisində baş verən nəsə var. Ancaq bunu biz bilmirik. Seçmə mərhələdə, demək olar, bütün görüşlərdən qalibiyyətlə ayrıldılar. Burdan aydın olur ki, komandada təcrübəli futbolçular var. Lakin final mərhələsində heç nə edə bilmədilər. 

– İlk görüşdə Çexiya yığmasını böyük hesabla məğlub etdikdən sonra Rusiyanın ən azı finala doğru gedəcəyi, hətta çempion ola biləcəyi haqda fikirlər də səslənirdi…

Mən də Rusiyadan böyük nəaliyyətlər gözləyirdim. Deyirdim ən azı 1/4 finala yüksəlməlidirlər. Çünki Rusiya yaxşı komandadır. Çox güclü heyəti var. Nəticədən də aydın olur ki, axıra kimi oynamaq lazımdır. Əlbəttə, Yunanıstan Rusiyadan zəifdi. Ancaq bu o demək deyil ki, rəqibə yuxarıdan aşağı baxmalısan.

– Rusiya yığması Yunanıstana yuxarıdan aşağı baxırdı?

Bir az elə idi. Çünki yunanları ciddiyə almırdılar. Düşünürdülər ki, Çexiya kimi onları da darmadağın edərlər. Ancaq nəticə öz qabağındadı. Onlar nizam-intizamla oynadılar və istədiklərinə nail oldular. Eyni zamanda Yunanıstan onu da sübut etdi ki, hər rəqibə qarşı oynamaq olar. Polşa və Rusiya kimi yığmaları turnirdən kənarda qoydular.

– Bəs sizin favoritiniz kimdir?

Mən ömrüm boyu demişəm, favoritlərim Argentina və İspaniya yığmalarıdır. Bu gün Argentina burda yoxdursa, deməli İspaniyadı.

– İspanların yenidən Avropa çempionu olacaqlarına inanırsınız?

Əlbəttə ola bilər.

– Turniri təşkil edən post-sovet ölkəsi Ukraynanın çıxışını necə dəyərləndirirsiniz?

Onlara da simpatiyam var. Ukraynalılar da çempion olsalar sevinərdim. Lakin bu gün İngiltərəyə qarşı onları çox çətin oyun gözləyir. İnanmıram çox büyük uğur qazanalar. İşləri olduqca çətindir.

– Azərbaycan yığması bir gün nə vaxtsa AÇ və yaxud DÇ kimi turnirlərdə çıxış edə bilcəkmi?

Azərbaycanın AÇ-də çıxış etməsinin bir yolu var. O, da gərək turniri ev sahibi kimi təşkil edən ölkə olsun. Bəlkə onda millimizi bu cür mötəbər turnirdə görək. Başqa variant mən görmürəm. Heç 50 il də keçsə, Azərbaycan o turnirdə çıxış edə bilməz. Mən reallığı sevən insanam. Əlbəttə, mən də istərdim millimiz uğurlar qazansın, irəliləsin. Ancaq özünüz görürsünüz ki, Türkiyə kimi komanda yarışdan kənarda qaldı. Azərbaycan yığması nə edib ki, mötəbər turnirdə çıxış etsin?

Hidayət QURBANOV

Son yazılar

To Top