44 nömrəli forma üçün qadağa
01.04.2024 , 21:20
Almaniya millisinin texniki sponsoru olan “Adidas” komandanın 44 nömrəli formasını istehsal etməyəcək.
Korner.az xəbər verir ki, “Adidas”ın qərarına səbəb 44 rəqəminin nasizm simvolu ilə oxşar olmasıdır.
Oyunçular onsuz da turnir qaydalarına görə bu nömrəni seçə bilməyəcəkdilər, lakin azarkeşlərin 44 nömrəli formanı sifariş etmək imkanı var idi.
Bununla belə, “Adidas” azarkeşlər üçün də 44 nömrəliforma istehsal olunmasını qadağan edib.
