Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Korner.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, ötən turda baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.
Azərbaycan I divizionunun XVII turunun təxirə salınmış “Şəmkir” – “Bakılı” matçında “Şəmkir” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Bu isə o anlama gəlir ki, 5 futbolçu qayda pozuntusuna görə, 20 manatlıq cəzalanır.
Oyunun 78-ci dəqiqəsində “Bakılı” klubunun 14 №-li futbolçusu Turan Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Oyunun 81-ci dəqiqəsində “Şəmkir” klubunun 20 №-li futbolçusu Şöhrət Nəsibov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Azərbaycan I divizionunun XXVIII turunun MOİK – “Lokomotiv” matçında “Lokomotiv” klubunun 5, MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I divizionunun XXVIII turunun “Neftçala” – “MKT Araz” matçının 42-ci dəqiqəsində “Neftçala” klubunun 55 №-li futbolçusu Qeyrət Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).