2 güləşçimiz finalda
14.02.2024 , 20:46

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Korner.az xəbər verir ki, bu gün qadın güləşçiləri mübarizəyə başlayıb.
50 kq-da mübarizə aparan Mariya Stadnik yarımfinalda ukraynalı Oksana Livaça 6:0 hesabıyla qalib gələrək finala yüksəlib.
Alyona Kolesnik (59 kq) isə polşalı Patrisiya Gilə 7:3 hesabıyla qalib gələrək karyerasında ilk dəfə qitə çempionatında finala çıxıb.
