2-ci liqada mövsümə yekun vuruldu
21.05.2024 , 18:58

Azərbaycan 2-ci liqasında 2023/2024 mövsümünə yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
Çempionluğu ötən tur təmin etmiş “Bakı Sportinq” səfərdə “Şəfa”nı böyük hesabla məğlub edib – 4:0. “Kür-Araz” – “Şəmkir” matçında isə qalib müəyyənləşməyib – 0:0.
“Şəfa” – “Bakı Sportinq” 0:4
Qollar: Elgün Abbaslı, 16, 23, Röyal Nəcəfov, 35, Ülvi Quliyev, 90+2
“Kür-Araz” – “Şəmkir” 0:0
