İtaliya nəhəngi onunla davam edəcək
22.04.2024 , 13:36
“İnter” yeni müqaviləyə hazırlaşır.
Korner.az xəbər verir ki, klub rəhbərliyi futbolçusu Lautaro Martinesin sözləşməsini uzadacaq.
Hücumçu İtaliya nəhəngi ilə 5 illik müqavilə imzalayacaq.
Yeni sözləşməyə əsasən, futbolçu 9 milyon avro maaş alacaq.
Martines 2018-ci ilin iyulundan “İnter”də çıxış edir.