“Atalanta”dan “Reyncers”ə
16.06.2023 , 20:45

“Atalanta”nın futbolçusu Sem Lammers karyerasını Şotlandiyada davam etdirəcək.
Korner.az xəbər verir ki, 26 yaşlı hücumçu bundan sonra “Reyncers”də çıxış edəcək.
Klubun yaydığı məlumata görə, onunla 4 illik müqavilə imzalanıb.
Niderlandlı futbolçu ötən mövsümü icarə əsasında “Sampdoriya”da keçirib. O, A Seriyasında 33 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
