Əliyevin komandasından səfər heç-heçəsi
22.11.2021 , 13:16
Rusiya Premyer Liqasında XV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” səfərdə “Rostov”la heç-heçəyə razılaşıb – 2:2.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Ufa” 15 turdan sonra 15 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.