130 gün sonra meydanlara qayıtdı
03.05.2023 , 20:19

Uzun müddət zədəli olan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev meydanlara qayıdıb.
Korner.az xəbər verir ki, təcrübəli qolkiper 130 gün sonra “Neftçi” ilə qarşılaşmada çərçivəni qoruyub.
Yanvar ayında məşq zamanı qolu qırılan futbolçu uzun müddətdir ki, sıradan çıxmışdı.
Ötən gün baş tutan “Neftçi” – “Qarabağ” matçı 4:2 hesabı ilə Ağdam klubunun qələbəsi ilə yekunlaşıb.
