“Portu” uduzdu, “Ayntraxt” qalib gəldi
09.03.2022 , 23:57

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma oynanılıb. “Portu” öz meydanında “Lion”u qəbul edib. Oyun qonaqların minimal hesablı qələbəsiylə başa çatıb.
Frankfurt “Ayntraxt”ı İspaniya səfərində “Betis”lə üz-üzə gəlib və 2:1 hesabı ilə qalib gəlib.
Bu mərhələnin digər oyunları sabah baş tutacaq.
Avropa Liqası
1/8 final mərhələsi, ilk oyunlar
9 mart
“Betis” (İspaniya) – “Ayntraxt” (Frankfurt, Almaniya) – 1:2
Qollar: N.Fekir, 30 – F.Kostiç, 14, D.Kamada, 32
“Portu” (Portuqaliya) – “Lion” (Fransa) – 0:1
Qol: L.Paketa, 59
