Ukraynalı məşqçi Andrey Bal stadionda futbol oynayarkən 57 yaşında həlak olub.
Korner.az-ın məlumatına görə, Andrey Bal karyerasının çox hissəsini Kiyev “Dinamo”sunda keçirib. Keçmiş sovet və Ukrayna futbolçusu Andrey Bal müdafiəçi və yarımmüdafiəçi mövqelərində çıxış edib.
Qeyd edək ki, 2012-ci il oktyabrın 6-dan 17-dək Oleq Bloxinin istefasından sonra Andrey Bal Ukraynanın əsas yığmasının məşqçisi olub