Sentyabrın 6-da, saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunda İsrail yığmasının baş məşqçisi Eli Qutmanın mətbuat konfransı təşkil olunacaq.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 19:00-da isə rəqib yığmanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək.
