Əvəzedici komandalar Diviziondan ayrılacaq
07.03.2023 , 13:53

Azərbaycan I Divizionunda 2022/2023 mövsümündən etibarən 10 komanda çıxış edəcək.
Korner.az xəbər verir ki, bununla bağlı AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib. Divizionda Premyer Liqa klublarının əvəzediciləri mübarizə aparmayacaq. Yarışda bölgə klublarının iştirakı planlaşdırılır.
Yeni mövsümdən əvəzedicilərin ayrı çempionatı təşkil olunacaq.
Hazırda I Divizonda 15 komanda mübarizə aparır. Onlardan 9-u elita təmsilçilərinin əvəzediciləridir.
