Əsrin transfer bombası: Ronaldodan sonra Messi də…
25.07.2018 , 17:49

İtaliyanın A seriyası komandalarından “Yuventus” Ronaldonu transfer edərək hər kəsə şok yaşatmışdı
“Yuventus”dan sonra yenə A seriyası komandalarından “İnter” əzəli rəqibini “sındırmaq” niyyətindədir. Belə ki, sponsorlarla danışıq aparan komandanın hədəfi “Barselona” komandasının “vuran ürəyi” Messidir. Klubun meneceri Marko Provera isə açıqlamasında bildirib ki, Messiyə kim yox deyə bilər?
Qeyd edək ki, Messi 2017-ci ildə “Barselona” komandasıyla 4 il müddətinə müqavilə bağlayıb. Məşhur futbolçunun transfer qiyməti isə 300 Milyon avro olaraq təyin edilib.
