“Əsas olan üç xal idi ki, onu da qazandıq. Bilirdik ki, "Sumqayıt" ilk iki turda dörd xal götürmüşdü. Bundan başqa, keçən mövsüm onlarla oyundan beş xal itirmişdik”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Premyer Liqanın üçüncü turunda səfərdə “Sumqayıt”a 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
“Bu komanda öz oyunu ilə mənim diqqətimi cəlb edir. Yaxşı top saxlayır. Bu gün baxımlı oyun oldu. Heyf ki, hər iki komanda oyunu azlıqda başa vurdu. Hakimliyə gəlincə, mən hələ məşqçiliyə gələndə bu haqda fikrimi demişəm, əlavə heç nə bildirmək istəmirəm” – deyə Q.Qurbanov vurğulayıb.
