Ərəblər onu da transfer etdi
04.07.2023 , 12:33

“Əl-İttihad” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Seltik”dən Jotanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
“Əl İttihad” forvard üçün Şotlandiya klubuna 30 milyon avro ödəyəcək.
Jota “Seltik”lə ümumilikdə 53 oyunda 18 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.
