Ən yaxşı seçildi
14.03.2024 , 19:55

Bundesliqada fevral ayının ən yaxşı oyunçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Bayer”in yarımmüdafiəçisi Florian Virtzdır.
20 yaşlı futbolçu ölkə çempionatında ötən ay meydana çıxdığı 4 matçda 3 qol ötürməsi edib.
Virtz bu mövsüm 3-cü dəfədir ki, ən yaxşı adına layiq görülür.
