“Əl-Nəsr”dən yeni transfer
24.08.2023 , 19:50

“Əl-Nəsr” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Mançester Siti”dən Emerik Lyaportu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan müdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.
