Əvvəl “Molde”, sonra “Qarabağ”
15.09.2020 , 16:24
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Cənubi Kiprdə baş tutacaq “Qarabağ” – “Molde” (Norveç) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.
Korner.az xəbər verir ki, bu gün – sentyabrın 15-də, Bakı vaxtıyla 20:15-də matçın baş tutacağı “AEK Arena”da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 20:30-da isə Azərbaycan çempionu oyunöncəsi son məşqə çıxacaq.
Rəqib komandanın baş məşqçisi Erlinq Moe isə Bakı vaxtıyla 18:45-də media mənsublarının önünə çıxacaq. 30 dəqiqə sonra Norveç təmsilçisi son hazırlıq prosesinə start verəcək.
Sentyabrın 16-da keçiriləcək “Qarabağ” – “Molde” matçına Bakı vaxtıyla saat 21:00-da start veriləcək.