“Zirə”yə lazım olmayan futbolçu Braziliya klubunda
05.02.2021 , 11:38
“Zirə”dən ayrılan Kayo Rangelin yeni klubu müəyyənləşib.
Braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək. O, D Seriyası klubu “Santo Andre”də çıxış edəcək.
25 yaşlı vinger mövsümün əvvəlində “Zirə”yə gəlsə də, bir müddət əvvəl onunla yollar ayrılıb.