“Zirə”dən ayrılan futbolçunun yeni klubu məlum oldu
12.12.2020 , 16:28
“Zirə”dən ayrılan Alvaro Ampueronun yeni klubu bəlli olub.
Korner.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını “Mannuççi” klubunda davam etdirəcək.
Bu barədə Peru təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ampuero 2019/20-ci illər mövsümündə “Zirə”də çıxış edib.