“Zirə” 5 futbolçusu ilə müqaviləni uzatdı
11.06.2022 , 18:23
“Zirə” 5 futbolçu ilə müqavilənin müddətini artırıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Qismət Alıyev və İlkin Muradovla 2, Ruslan Abışov və Anar Nəzirovla isə 1 illik yeni sözləşmə imzalayıb.
Bundan başqa, “Qarabağ”dan icarəyə götürülmüş Hacıağa Hacılının icarə müqaviləsi növbəti mövsümün sonuna qədər uzadılıb.