“Zirə”də daha 3 ayrılıq
27.05.2021 , 17:23
“Zirə” daha 3 futbolçusu ilə yollarını ayırıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, qapıçı Mateus Albino, yarımmüdafiəçi Elvin Camalov və vinger Rodriqo Bonqonqui ilə müqavilə başa çatıb.
Elvin Camalov karyerasını “Sabah”da davam etdirəcək.
“Zirə” onlara göstərdikləri xidmətləri qarşılığında təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.