Çempionlar Liqasının finalında “Atletiko” ilə keçirilən oyun “Real”ın baş məşqçisi Zinəddin Zidan üçün əlamətdar olub.
Korner.az-ın məlumatına görə, Zidan Çempionlar Liqasını qazanan ilk fransalı məşqçi kimi tarixə düşüb.
43 yaşlı mütəxəssis ilk finalında fəxri mükafatı qazanmağı bacarıb. Ümumilikdə Çempionlar Liqasının qalibi adını ən çox italiyalı mütəxəssislər qazanıb – 11 dəfə.
Zidan eyni zamanda həm futbolçu, həm də baş məşqçi kimi Çempionlar Liqasını qazanan 7-ci şəxs olub.