big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Zaur Axundov: “Neftçi”nin necə böyük uğur qazandığını hələ çoxları dərk etmir” – MÜSAHİBƏ

24.10.2012 , 09:36

Sabah Avropa Liqasının qrup mərhələsində "Rubin"lə qarşılaşacaq "Neftçi"ni dəstəkləyəcəklər arasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov da var. Onunla həm avrokubokdakı təmsilçimiz, həm də futzal haqda danışdıq.

– Zaur müəllim, sizi artıq bir neçə dəfə “Neftçi”nin səfər oyunlarında komanda ilə birgə görürük. Bunun kökündə nə dayanır: sıravi azarkeşlik, yoxsa “Neftçi” rəhbərliyi ilə yaxın dostluğunuz?

– “Neftçi” Azərbaycan futbolunun flaqmanıdı və bu komanda Avropa Liqasının qrup mərhələsinə çıxmaqla Azərbaycan futbolunda tarix yazıb. Və futbolla bağlı olan hər bir azərbaycanlının borcudu ki, “Neftçi”yə dəstək olsun. Komandanın yanında olmağımın birinci səbəbi budu. Digər tərəfdən, “Neftçi” rəhbərliyiylə – Sadıq müəllimlə illərdi davam edən dostluğumuz var. Sadıq müəllim, Allah qəbul eləsin, hazırda Həcc ziyarətindədi. Mən də dost kimi özümə borc bildim ki, Kazana gəlib komandayla birgə olum. Bəlkə də bu gün futbol ictimaiyyətinin müəyyən hissəsi, müəyyən adamlar hələ də dərk etmirlər ki, “Neftçi” necə böyük uğura imza atıb.

– Klubla sıx bağlı olan insan kimi komanda daxilindəki ab-hava sizə necə görünür?

– Mən “Neftçi”nin tarix yazdığı oyunda – Kiprdə APOEL-i məğlub etdiyi oyunda da komandanın yanındaydım və o sevinci sizinlə birgə yaşamışdıq. Tərif kimi olmasın, mən başda klub rəhbərliyinə minnətdaram ki, komandada belə gözəl nizam-intizam, atmosfer yaradılıb. Bu klubda hər kəs öz işini bilir və öz işiylə məşğuldu. Əsas olan odu ki, komanda sabahkı oyuna yüksək səviyyədə köklənsin, məsuliyyətlə yanaşsın. Azərbaycan Futzal Federasiyasının prezidenti kimi mən də həmişə yüksək intizamın tərəfdarı olmuşam. Nizam-intizam olan yerdə hər zaman nəticə də var.

– “Neftçi”də daha çox rəğbət bəslədiyiniz futbolçu kimdi?

– APOEL-lə oyunadək bu komandada simpatiya duyduğum oyunçu var idi, ancaq o oyundan sonra mən bu hissi bir kənara atdım. İndi “Neftçi”nin texniki işçisindən futbolçularına, rəhbərliyinə, məşqçilər korpusunadək hər biri mənim doğma, əziz insanlarımdı.

– Sabahkı oyunda heç-heçə “Neftçi” üçün uğurlu nəticə sayıla bilərmi?

– APOEL-i səfərdə udan, “Partizan”la heç-heçə edən komanda ən yaxşı nəticəni qazanmağa qadirdi. Təbii ki, “Rubin” sıradan komanda deyil. Çempionlar Liqasında, Avropa Liqasında uğurlu nəticələr qazanmış komandadı. Şübhəsiz, bu oyuna çox ciddi yanaşmaq lazımdı və əminəm ki, rəhbərlik bu istiqamətdə lazım olan göstərişlərini verib. Biz sabahkı oyunda “Neftçi”dən uğurlu nəticə gözləyirik.

– “Araz” Futzal Klubunun Çempionlar Liqasının elit-raundundakı çıxışını necə qiymətləndirirsiz?

– “Araz” bu mövsüm bizi çox məyus etdi. Xüsusilə də, elit-raunddakı ilk oyunda. Komanda fasiləyə 3:0 hesabıyla irəlidə yollandığı oyunu 3:5 hesabıyla uduzdu. Mən 9 ildi futzaldayam, hələ başımıza belə bir şey gəlməmişdi. Fasilədə paltardəyişmə otağına girdim və dedim ki, 3:0 futzalda “sürüşkən hesab”dı. Mən sizə açıq deyim: bu məğlubiyyətin günahı 30 faiz futzalçılardadısa, 70 faizi baş məşqçi Alesio da Silvadadı. Mən bunu onun özünə də demişəm. Bəzi futzalçılar hazırlıqsız olduqlarından biz onları komandadan uzaqlaşdırdıq. Bəzilərinə isə son xəbərdarlıq edilib və dekabra qədər öz nöqsanlarını düzəltməsələr, yəqin ki, onların da klubda qalıb-qalmayacaqları məsələsini qaldıracağıq. Biz 2010-cu ildə bu heyətlə milli səviyyəsində 4-cü yerə çıxdıq. “Araz” dördlər finalında 3-cü yeri tutmuşdu. İnsani nöqteyi-nəzərdən mən istəmədim ki, onların hamısını komandadan göndərim. Çünki hər biri Azərbaycan futzalı üçün indiyədək müəyyən xidmətlər göstəriblər. Serjaoyla Karlosa avqust-sentyabr aylarında deyilmişdi ki, öz üzərinizdə daha ciddi işləyin, hazırlığınız zəifdi. Amma nəticə çıxartmadılar. Yəqin ki, dekabrda həm millidə, həm də onun bazasını təşkil edən “Araz”da yeniləşmə olacaq. Millimiz 2010-cu ildə Macarıstanda nəticə qazandıqdan sonra durğunluq yaşayırıq sanki. Bunu federasiya prezidenti kimi açıq etiraf edirəm.

– Nədənsə Azərbaycanda futzal kütləviləşmir. Məsələn, bəzi ölkələrdə futbol klublarının həm də futzal komandaları var. Federasiya rəhbəri kimi sizin də belə bir təşəbbüslə klublarımıza müraciətiniz, təklifləriniz olubmu?

– Kütləviləşmə ilə bağlı onu deyə bilərəm ki, bu ildən yüksən dəstədə 18, həvəskarlar liqamızda isə 32 komanda iştirak edir. Ötən ildən U-15-lər arasında Azərbaycan çempionatı keçirməyə başlamışıq. Ötən il bu çempionatda 6 komanda çıxış edirdisə, bu ildən onların sayı 8-ə yüksəlib. Ötən illərlə müqayisədə, bütün bunlar nəticədi. Sualınızın ikinci hissəsinə gəlincə, bu ildən “Bakı” Futbol Klubunun futzal komandası yaradılıb və yüksək liqada çıxış edir. Buna görə “Bakı” rəhbərliyinə təşəkkürümü bildirirəm. Artıq Şəmkirdən bir komanda yüksək liqada oynayır, Gəncə və Qubayla danışıqlar gedir, orada da komandalar formalaşdırılır. Əminəm ki, növbəti illərdən bölgə komandalarımızın sayını artırmağa nail olacağıq.

– Əyalət komandalarının sayı artdıqca çempionat oyunlarını bölgələrdə də keçirmək mümkün olacaqmı?

– Azərbaycanda idman infrastrukturu çox yüksək səviyyədədi. Elə bir bölgə yoxdu ki, orda olimpiya kompleksi olmasın. Yəni hər bir şərait var. Artıq iki bölgə komandamız var, yayda daha iki komandanı yüksək dəstəyə hazırlaya bilsək, çempionat oyunlarını bölgələrdə də keçirmək mümkün olacaq.

– Bayaq qeyd etdiniz ki, həm millidə, həm də “Araz”da dəyişikliklər ediləcək heyət baxımından. Yenidən braziliyalı futzalçılar cəlb etmək istəyirsiz, yoxsa digər ölkələrdən də oyunçular dəvət olunacaq?

– Bilirsiz, axtarış hər tərəfdən gedir. AFFA rəhbərliyi ilə də bu barədə danışmışıq, komandanın 60-70 faizi yerli oyunçulardan ibarət olacaq. “Milliləşdirilmiş” oyunçunun xidmətindən istifadə etmək praktikası bu gün bütün dünyada geniş yayılıb və düşünürəm ki, heyət yenilənəndə 4-5 belə futzalçı götürəcəyik. İndidən deyə bilmərəm hansı ölkədən olacaqlar. Bunu baş məşqçi ilə məsləhətrləşdikdən sonra edəcəyik. Ancaq yenə deyirəm, əsas üstünlük yerli futzalçılara veriləcək.

– Ümumiyyətlə, olmazmı ki, “milliləşdirilmiş” futzalçılardan imtina edilsin və nəticə qazanmasaq belə 2-3 ilə sırf azərbaycanlılardan ibarət milli komanda yaradaq?

– Bizim belə bir fikrimiz var. Yenidən 21 yaşadək futzalçılardan ibarət komandanı formalaşdırmağı düşünürük. Onların xüsusi proqramları olacaq. Xaricdən – İtaliya, İspaniya, yaxud futzalı inkişaf  etmiş digər ölkələrdən – fiziki və taktiki hazırlıq üzrə çalışdırıcılar gətirmək istəyirik. Bir il, ilyarım bu komada hərtərəfli hazırlıq keçsin və gələcəkdə tamamilə yerli oyunçulara güvənək. Bunun üçün kifayət qədər “material” da var.

– Qeyd etdiniz ki, “Araz”ın son uğursuzluğunda məsuliyyətin 70 faizi baş məşqçinin üzərindədi. Onun postundan göndərilməsi gündəmdədimi?

– Alesio da Silvanın milli komandayla may ayınadək müqaviləsi var. Qarşıda bizi Avropa çempionatının oyunları gözləyir və mən onunla söhbətimdə dedim ki, bu, özünü doğrultması üçün onun son şansıdı. 2010-cu ili əldə bayraq etmək olmaz. Nəticənin davamı olmalıdı. Baxın, bu gün Sloveniyada, Çexiyada futzal inkişaf edirsə, biz yerimizdə saya bilmərik. Qısa müddətdə nəticə olmalıdı. İndi bütün dünya Azərbaycanı futzal ölkəsi kimi tanıyır.

Saleh Arslan
Kazan

Son yazılar

To Top