İtaliya A Seriasında mübarizə aparan “Yuventus” yarımmüdafiə xəttini gücləndirmək istəyir.
Korner.az-ın məlumatına görə, “qoca sinyora” Fransanın “Lion” klubunda forma geyinən Korentin Tolisso ilə maraqlanır.
İtaliya təmsilçisinin 22 yaşlı oyunçu üçün 40 milyon avro təklif edəcəyi bildirilir.
Fransa təmsilçisinin bu təklifə müsbət yanaşacağı qeyd edilir.