“Yuventus”da yeni futbolçu
09.08.2023 , 15:14

“Valensiya”nın futbolçusu Fakundo Qonsales karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, gənc müdafiəçi “qoca sinyora” ilə bütün şərtlərdə razılaşıb. Turin təmsilçisi transfer üçün 2 milyon avro ödəyib.
20 yaşlı uruqvaylı ilə 3 illik müqavilə imzalanıb.
