Portu”nun müdafiəçisi Aleks Sandro karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, ölkənin nəhəng klublarından olan “Yuventus” braziliyalı futbolçunu heyətinə qatmaq istəyir.
Turin klubu 24 yaşlı futbolçu ilə danışıqlara start verib. “Qoca sinyora” cənubi amerikalının keçidi üçün 18 milyon avro xərcləməyə hazırdı.
